Dünya

İsrail Ukraynaya “Dəmir günbəz” sistemini verməyəcək

İsrail Ukraynaya “Dəmir günbəz” sistemini verməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini və digər silahları İrana verməyəcək.

7Times.az  xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

Baş nazir deyib ki, buna səbəb həmin silahların İranın əlinə düşə biləcəyi ehtimalıdır: “Hesab edirəm ki, bu sistemləri Ukraynaya verərkən onların sonradan İranın əlinə düşə biləcəyindən ehtiyat etməliyik”.

B.Netanyahu vurğulayıb ki, Tehran belə olan təqdirdə əldə edəcəyi silahları yəhudi dövlətinə qarşı istifadə edə bilər: “İsrail əhalinin sıx məskunlaşdığı ölkədir. Bizim ərazimizdə insan itkisi yalnız bir səbəbə görə aşağıdır – “Dəmir günbəz” ölkə ərazisinə atılan raketlərin 95 faizini məhv edir. Bu sistem İranın əlinə düşərsə, o zaman milyonlarla israilli müdafiəsiz qala və təhlükəli vəziyyətə düşə bilər”.

Xatırladaq ki, İsrailin “Rafael” müdafiə şirkəti və ABŞ-ın “Raytheon” şirkəti ilə birgə yaradılan “Dəmir günbəz” müdafiə sistemi özünü qısamənzilli raketləri məhv etmək üçün ən təsirli vasitələrdən biri kimi göstərib. 2022-ci il iyunun əvvəlində Ukraynanın İsraildəki səfiri Yevgeni Korneyçuk Ukraynanın “Dəmir günbəz” sistemini əldə etmək istədiklərini bildirib.

Rdaktor.az