Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunda iki strateji yüksəkliyə nəzarəti ələ keçirib.
7Times.az xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.
Vurğulanıb ki, Baxmutun strateji Kleşiyevka və Berxovka kəndlərinə faktiki olaraq Ukrayna müdafiəçiləri nəzarət edir.
Məlumata görə, bu kəndlərin ərazisindəki yüksəkliklərdən şəhər əl içi kimi görünür.
Döyüş bölgəsindən bildirilib ki, həmin əraziyə tam nəzarəti ukraynalılar edərsə, onda Baxmut mühasirəyə düşəcək.
Məlumata əsasən, işğalçıların şəhərin şimal küçələrindəki mövqelərini Ukrayna ordusu darmadağın edir.
Follow @7timesaz