Krasnoyarskda Məsihin Doğum kilsəsində ibadəti pozmağa cəhd edən miqrant saxlanılıb.
7Times.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə axşam saatlarında baş verib. Bir anda naməlum şəxs məbədə soxulub və çantadan qoç qalıqlarını çıxarıb. Daha sonra həmin qalıqları səpələyib. O, həmçinin Çeçenistan və Ukraynadakı döyüşlərlə bağlı müxtəlif ifadələr səsləndirib.
Kilsənin nümayəndələri həmin şəxsin müxtəlif İslam musiqisi ifa etdiyini və onları hədələməsini də deyiblər.
Tezliklə hadisə yerinə gələn polis həmin şəxsi həbs edib.
Follow @7timesaz