“Rusiya Prezidenti Vladimir Putin “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamına necə cavab verəcəyini hələ də bilmir”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Amerikalı analitiklərin fikrincə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılıq “Vaqner”in müstəqilliyinə son qoyacaq:
“Çox güman, Putin “Vaqner”i Kremlin nəzarəti altına salmaq istəyir. Amma bunu necə edəcəyini hələ bilmir”.
İnstitutun son hesabatında Ukraynadakı əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikinlə bağlı yaranmış duruma da toxunulub. Qeyd olunub ki, onunla bağlı müəmma və fərziyyələr getdikcə artır: “Çünki Kreml sözçüsü Dmitri Peskov genaral haqqında açıqlama verməkdən imtina edib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çoxdandır görünmür. Ola bilsin, Kreml artıq onu əvəz edib və ya bu barədə düşünür”.
Follow @7timesaz