Dünya

İraq hökuməti İsveçə qarşı tələb irəli sürdü: “Quranı yandıran şəxsi bizə verin!”

İraq hökuməti İsveçə qarşı tələb irəli sürdü: “Quranı yandıran şəxsi bizə verin!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq hakimiyyəti Stokholmda müsəlmanların müqəddəs kitabını ictimai şəkildə yandıran iraqlı mühacir Salvan Momikanın ekstradisiyasını tələb edir.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə İraq XİN sözçüsü Əhməd əs-Sahhaf bildirib.

“Müqəddəs Quranı təhqir edən şəxs İraq vətəndaşıdır. Buna görə də İsveç səlahiyyətlilərindən onu İraq qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısına çıxarmaq üçün İraq hökumətinə təhvil vermələrini tələb edirik”, – Əl-Sahhaf vurğulayıb.Cümə axşamı İsveçin Bağdaddakı səfiri Jessika Svardström İraq Xarici İşlər Nazirliyinə çağırılıb və orada baş verənlərlə bağlı “qətiyyətli etirazını” bildirib. Departament vurğulayır ki, “heç bir hüquqi əsas və söz azadlığı dini atributları təhqir etməyə haqq qazandırmır”.