“Nitsa”nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra italiyalı Françesko Farioli çalışdıracaq.
34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Farioli karyerası ərzində Türkiyədə “Fatih Karagümrük” və “Alanyaspor”u çalışdırıb. O, bu ilin fevralından işsiz idi.
Follow @7timesaz