“Evlilik təklifi etmək mənim üçün mənasızdır. Bir münasibətə ciddi yanaşırsansa, fikirləşirsənsə sonu evlilikdir, onun üçün ayrı evlilik təklifi et? Biri məzun günündə evlilik təklifi edir. Onsuz da münasibət evliliyə gedirsə, bu, olacaq”.
Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov “Səhər mərkəzi” verilişində deyib. O, son günlər yayılan evlilik təkliflərini pisləyib. Şəxsi həyatından danışan Elnur bununla bağlı sualları cavablandırıb.
“Gözəllik önəmli deyil. Əgər söhbətin tutursa, yanında içini açıb özünü ifadə edirsənsə, o da qəbul edirsə, bu, önəmlidir. Həyatımda evlilik yoxdursa, deməli belə birini tapmamışam” deyə, Elnur əlavə edib.
Follow @7timesaz