“Fənərbağça” “Mançester Yunayted” ilə müqaviləsi başa çatan qapıçı David de Xea ilə danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə “A Spor”un əməkdaşı Ahmet Selim Kul məlumat verib. Bildirilir ki, İstanbul təmsilçisi hazırda azad agent olan ulduz qolkiperin transfer şərtləri ilə maraqlanıb.
Mənbənin verdiyi məlumata görə, legioner qapıçı axtaran “sarı-lacivərtlilər” ispaniyalı “çərçivə qoruyucusu” ilə əlaqə saxlayıb.
Qeyd edək ki, 2011-ci ildə Madrid “Atletiko”sundan MY-ə transfer olan 32 yaşlı futbolçu son mövsüm bütövlükdə 58 oyuna çıxıb. O, bu oyunlarda 61 qol buraxıb, 25 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
Follow @7timesaz