“Bayern Münhen” yarımmüdafiəçisi Marsel Zabitseri satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Almaniya nəhəngi 29 yaşlı avstriyalı ilə 15-17 milyon avro qarşılığında vidalaşmağın əleyhinə deyil.
Zabitser mövsümün ikinci yarısını (31 yanvar tarixindən) icarə əsasında “Mançester Yunayted”də keçirib. “Qırmızı şeytanlar”ın forması ilə 14 matça çıxan futbolçu 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz