Türkiyənin Bursa şəhərində Furkan Aras adlı şəxs anasının sevgilisi – Murad Göksulunu bıçaqlaaraq qətlə yetirib.
7Times.az haberler.com-a istinadən xəbər verir ki, anası ilə evli kişinin münasibətindən şübhələnən 23 yaşlı gənc evə gizli kamera quraşdırıb. Kişinin evlərinə daxil olduğu görən gənc işdən icazə alaraq dərhal evə yollanıb. Evdə Muradla aralarında mübahisə yaranıb. İlkin dindirmə zamanı “Əvvəlcə söz davasına başladıq, sonra bıçaqla mənə hücum etdi. Mən də özümü qotumaq üçün belimdəki bıçaqla ona xəsarət yetirdim. Sonra baş verənləri xatırlamıram.” deyə etiraf edib.
Onun sözlərinə görə mərhum narkotik vasitələrin təsiri altında onun anasını açıq-saçıq videoları ilə təhdid edirmiş. Anası ilə yad kişinin münasibətindən xəbər tutan gənc anasından Muraddan ayrılmasını tələb edib. Münasibətin davam etməsindən şübhələnən gənc evin bir neçə yerinə kameralar quraşdırıb.
Məqaləyə dair fotomateriallar: