İdman

Qızı Etonun həbsini tələb edir – SƏBƏB

Qızı Etonun həbsini tələb edir – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın sabiq hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti qismində fəaliyyət göstərən Samuel Eto 4 il sürən məhkəmə çəkişmələrindən sonra – 2022-ci ilin fevralında Erika Do Sario Nyevesin onun qızı olduğunu etiraf edib.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmə Etonun 5 il ərzində övladına hər ay 1400 avro aliment ödəmədiyi üçün 90 min avrosundan keçməli olduğunu müəyyənləşdirib.

“El Diario de Sevilla” Etonun qızının vəkilinin – Fernando Osunanın dediklərini belə çatdırıb:

“O, 5 ildən artıq müddətdə aliment ödəməsə də, qanunla hesablaşmamağa davam edir. Etonun hər şeyi var, Erika isə çətin vəziyyətdədir. Etonun Kamerun Futbol Federasiyasında prezident postunu tutması düzgün deyil. Çünki Samuel İspaniyada oynayarkən vergidən yayınmaqda təqsirli bilinib və başqa qızına da aliment ödəməkdən imtina edib”.

Qeyd edək ki, Erika Do Sario Nyeves atası Samuel Etonun bir il müddətinə həbs olunmasını istəyir.