Dünya

Avropa Məhkəməsi separatçı lideri deputat toxunulmazlığından məhrum etdi – “REUTERS”

Avropa Məhkəməsi separatçı lideri deputat toxunulmazlığından məhrum etdi – “REUTERS”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Baş Məhkəməsi Kataloniya lideri Karles Puçdemonu İspaniyada hüquqi prosedurlarla üzləşdiyi üçün Avropa Parlamentinin (AP) üzvü kimi sahib olduğu hüquqi toxunulmazlığından məhrum edib.

“AzPolitika.info” bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Bu qərar Belçikada mühacirətdə yaşayan Karles Puçdemon üçün zərbədir, çünki bu, İspaniya hakimiyyətinin son altı il ərzində tələb etdiyi kimi, onun İspaniyaya ekstradisiyasına yol aça bilər.

Puçdemon 2017-ci ildə Kataloniyanın müstəqillik elanından sonra təqiblərdən yayınmaq üçün İspaniyadan qaçıb.

Lüksemburq məhkəməsi öz qərarında Puçdemonun verdiyi şikayəti rədd edib və Avropa Parlamentinin onun və mühacirətdə olan digər iki Kataloniya separatçı deputatı Toni Komin və Klara Ponsatinin toxunulmazlığından imtina etmək qərarını dəstəkləyib.

“Parlament İspaniyanın məhkəmə orqanları ilə bağlı məcburi hüquqi təsirlər yaradan toxunulmazlığı müdafiə etmək üçün qərarlar qəbul edə bilməz”, – məhkəmə hökm edib.

Puçdemon twitter hesabında bildirib ki, üç Avropa deputatı Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edəcək.

“Biz fundamental hüquqlarımızı sona qədər müdafiə edəcəyik”, – o, tvitter hesabında yazıb.

Yanvarda İspaniyanın Ali Məhkəməsi ölkənin cinayət məcəlləsində aparılan islahatların cinayəti ləğv etməsindən sonra Puçdemona qarşı üsyan ittihamlarını ləğv edib.

Bununla belə, o, hələ də səkkiz ilə qədər həbs cəzası nəzərdə tutan itaətsizlik və mənimsəmə ittihamları ilə üzləşir. Qiyama görə isə Puçdemonu 15 il həbs cəzası gözləyə bilərdi.

Ali Məhkəmənin hakimi Pablo Llarena, Aİ məhkəmələrinin qərarlarından asılı olaraq Puçdemonun daha kiçik ittihamlarla mühakimə olunması üçün Belçika səlahiyyətlilərinə yeni ekstradisiya tələbi təqdim edəcəyini bidirib.