PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun ulduz futbolçusu Kilian Mbappeyə xəbərdarlıq edib.
Fanat.Az “Le Parisien”ə istinadən xəbər verir ki, ərəb funksioner baş məşqçi Luis Enrikenin təqdimatıyla bağlı mətbuat konfransında bu barədə konkret açıqlaması ilə diqqət çəkib.
“Mövqeyimiz aydındır. Kilian qalmaq istəyirsə, biz də onun qalmasını istəyirik. Amma o, yeni müqavilə imzalamalıdır. Dünyanın ən yaxşı oyunçusunu pulsuz itirmək istəmirik. Onun 2024-cü ildə azad agent kimi getməsinə yol verə bilmərik. Bu mümkün deyil”.
Qeyd edək ki, Mbappenin PSJ-dəki dramı təxminən bir ay əvvəl hücumçunun 2024-cü ildə başa çatacaq müqaviləsini uzatmaq niyyətində olmadığını bildirməsi ilə alovlanıb. Belədə oyunçusunu pulsuz buraxmaq istəməyən PSJ ona davamlı təzyiq göstərir. Parislilər böyük təzminat əldə etmək üçün cari “transfer pəncərəsi”ndə 24 yaşlı futbolçusunu satmağa çalışa bilər. Uzun müddətdir “Real Madrid”in Mbappeni transfer edəcəyi bildirilir.
Follow @7timesaz