Dünya

İranda daha beş məhbusa edam hökmü verildi

İranda daha beş məhbusa edam hökmü verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran həbsxanalarında beş məhbusun edam hökmü verilib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər yayıb

Bildirilir ki, dünən Kərəc şəhər Mərkəzi və Şirazdakı Adelabad həbsxanalarında narkotiklə ittiham olunan ən azı beş nəfər ölüm hökmünün icrası üçün birnəfərlik kameraya köçürülüb.

Edam hökmü verilən məhbuslardan yalnız Abbas Rəşgi və Sabir Muqəddəminin adları məlumdur. Digər üç nəfərin isə kimliyi hələlik bəlli deyil.

Qeyd edək ki, təşkilatının hesabatına görə İranda son 6 ay ərzində 354 nəfər edam edilib.