“İşinizlə məşğul olun. Burnunuz girmədiyi yerə başınızı soxmağa çalışmayın. Baş gedər”.
Axşam.az xəbər verir ki, bu sözləri “Avroviziya” təmsilçilərimizdən olan Samirə Efendi sosial şəbəkə istifadəçilərinə yazıb. Müğənni “Avroviziya” yarışmasında olarkən ingilis dilində danışmamasını tənqid edənlərə cavab verib.
Samirə “Bu ingilis dilini “Avroviziya”da da nümayiş elətdirərdiniz” şərhinə “Bunu yazan adam, özünüzü bir damcı önəmli hiss edəsiniz deyə, birinci və sonuncu dəfə bunu deyəcəyəm: 2008-ci ildən ölkəmiz təmsil olunur, amma dilimizi nə eşidən, nə də eşitdirən olub. Ona görə də bu cür ağıllı və buna bənzər rəylərinizi özünüzə saxlayın” cavabını verib.
Qeyd edək ki, Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirənin müsabiqə zamanı ingilis dilində danışmaması müzakirələrə səbəb olmuşdu.
Follow @7timesaz