Las-Veqasda polis müğənni Britni Spirsin döyülməsi ilə bağlı şikayəti araşdırır.
OLAY yazır ki, müğənni basketbolçu Viktor Vembanyamanın mühafizəçisi tərəfindən hücuma məruz qalıb.
Spirs 19 yaşlı basketbolçunu restoranda görəndən sonra onunla şəkil çəkdirməyə çalışıb.
Müğənni bunun üçün onun kürəyinə, sonra sağ çiyninə toxunub. Lakin bu zaman ona zərbə endirilib və Spirs yerə yıxılıb.
Bu hadisədən sonra müğənninin nümayəndələri döyülməsi ilə bağlı ərizə verib.
Britni Spirsi vuran şəxsin “San Antonio” klubunun təhlükəsizlik direktoru Damian Smit olduğu bildirilib. Onun, müğənniyə zərər verməyə çalışmadığı, sadəcə Vembanyamanı müdafiə etdiyi vurğulanıb.
Follow @7timesaz