Böyük Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili yeni sanksiyalara görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, bu, rəsmi Londonun İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra baş verib.
Məlumata görə, İran Xarici İşlər Nazirliyi Britaniya hakimiyyətinin bəyanat və mövqelərini, eləcə də İrana qarşı tətbiq edilən son sanksiyaları “qeyri-qanuni müdaxilə” kimi qiymətləndirib.
Qeyd edək ki, dünən Britaniyanın İrana qarşı tətbiq olunan yeni sanksiyalarında 13 fiziki və hüquqi şəxsin adı var.
Follow @7timesaz