“Qarabağ”ın legioneri Kevin Medina karyerasını Türkiyədə davam etdirə bilər.
By yay Super Liqaya qayıdan “Rizespor” kolumbiyalının xidmətində maraqlıdır.
Qara dəniz təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisinin transferi üçün Azərbaycan çempionuna müraciət edib.
“Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazın Super Liqaya daşıdığı “Rizespor” Medinaya görə tezliklə danışıqlar aparmağa və tələb edilən transfer məbləğini ödəməyə hazır olduğunu açıqlayıb.
“Qarabağ” Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyadan – “Çaves”dən transfer edib. Cənubi amerikalı Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz