“Liverpul” yeni transfer reallaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, mersisaydlılar “İnter”in ulduzu Nikolo Barellanı transfer etməyə yaxındır.
İnformasiyanı “Fichajes” yayıb.
Baş məşqçi Yurgen Kloppun israrla istədiyi italyan yarımmüdafiəçinin mümkün transfer məbləği də məlumdur. Belə ki, “Liverpul” 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır. Bu məbləğin “İnter” rəhbərliyini qane etdiyi bildirilir.
Futbolçunun Milan klubu ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər qüvvədədir.
Nikolo 2020-ci ilin sentyabrından “İnter”in şərəfini qoruyur. O, bu mövsüm 34 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz