İyulun 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda şimal bölgəsindən 739 abituriyent biliyini sınayıb. III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Xaçmaz şəhərində 3 mərkəzdə təşkil edilib.
DİM-in Xaçmaz regional bölməsindən 7Times.az-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz şəhərində keçirilən imtahanlara 79 nəzarətçi müəllim və 14 imtahan rəhbəri cəlb olunub. İmtahanlar saat 10:00-da başlayıb və 3 saat davam edib. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
İmtahan Xaçmazla yanaşı, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad və Lənkəranda da təşkil olunub.
Follow @7timesaz