İdman

Azərbaycanlı ağır atlet: “Hədəfim Olimpiya çempionu olmaqdır”

Azərbaycanlı ağır atlet: “Hədəfim Olimpiya çempionu olmaqdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yarış çox yaxşı keçdi. Yüksək səviyyədə hazırlaşmışdıq. Altı rəqibimi üstələyib çempion oldum”.

Bu sözləri 7Times.az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç qızıl qazanan ağır atlet gələcək hədəfləri barədə danışıb: “Hədəfim dünya və Olimpiya çempionu olmaqdır. Qarşıdakı yarışlara hazırlaşacağam. Özümü daha da inkişaf etdirib, idmanda təsdiqləməliyəm”.

Qeyd edək ki, Azərbycan millisi Avropa birinciliyini 14 medalla (8 qızıl, 4 gümüş və 2 bürünc) başavurub.