Dünya

Ərdoğanın bu addımı Putini özündən çıxarıb – İlk sərt reaksiya Peskovdan gəldi

Ərdoğanın bu addımı Putini özündən çıxarıb – İlk sərt reaksiya Peskovdan gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin son addımı Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib.

 

7Times.az  bildirir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Belə ki, məhbus mübadiləsi razılaşması əsasında saxlanılan Ukraynanın “Azov alayı”nın komandirlərinin azad edilməsi etirazlara səbəb olub.  Rusiyalı şərhçilər Türkiyənin “xəyanəti”nə sərt cavab tələb ediblər.

 

Kremlin sözçüsü Dmitri Peskov bunu “etimadın pozulması” adlandırıb. “Heç kim Rusiyaya transfer barədə məlumat vermədi. Onlar münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər”, deyə o söyləyib.

 

Qeyd edək ki, ötən ilin sentyabrında razılaşdırılmış məhbus mübadiləsi müqaviləsinin şərtlərinə əsasən, 215 Ukrayna əsgəri Putinin dostu Viktor Medvedçuk və digər 55 rus əsgəri ilə dəyişdirilib. Azov alayının sıravi əsgərləri Ukraynaya dönsə də, onların komandirləri Türkiyəyə göndərilib. Prezident Ərdoğan isə onları müharibənin sonuna qədər saxlayacağına söz verib.

Kremlin keçmiş müşaviri Sergey Markov Putinin sözügedən addıma sərt cavab verməli olduğunu deyib: “Bu, razılaşmaların kobud şəkildə pozulmasıdır”.

 

Xatırladaq ki, geri dönən Azov alayının komandirləri dərhal döyüşə qayıdacaqlarına söz veriblər. Onlardan biri olan Denis Prokopenko əsas məqsədinin cəbhə xəttinə qayıtmaq olduğunu söyləyib.

Sfera.az