Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra “Azov” komandirlərinin Ukraynaya təhvil vermək qərarı böyük beynəlxalq əks-səda doğurub.
Kremlin narazılıqlarına rəğmən Türkiyə başçısının atdığı bu addım, eləcə də Ukraynanın NATO-ya üzvlüyünə tam dəstək verməsi Ankaranın Moskva ilə Qərbə qarşı işbirliyinə dair iddialara güclü zərbə vurmuş oldu. Ancaq Bayden administrasiyasının Türkiyənin bu addımına münasibəti kifayət qədər müəmmalı görünür.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan son brifinqində Vaşinqtonun Türkiyə ilə Ukrayna arasında keçirilən danışıqlarda iştirak etmədiyini bildirib. O, deyib ki, Türkiyənin “Azov” komandirlərini Ukraynaya təhvil verərkən hansı motivlərdən çıxış etdiyini bilmirlər.
Ceyk Sallivan jurnalistlərə məsləhət görüb ki, bununla bağlı sualı şəxsən Ərdoğana ünvanlasınlar: “Biz bu danışıqlarda iştirak etməmişik və əslində, cənab Ərdoğanın bununla da nəyə nail olmaq istədiyini bilmirik”.
Ağ ev təmsilçisi bu hadisəni şərh edərkəın yalnız onu qeyd etməklə kifayətlənib ki, ukraynalılar “Azov” komandirlərinin vətənə dönüşünü böyük sevinclə qarşılayıblar.
Follow @7timesaz