Ukraynada “Bayraktar” zavodunun tikintisinə başlanılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.
Zavodda PUA-lar və digər hərbi texnikalar istehsal olunacaq.
Qeyd edək ki, “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar daha əvvəl Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının istehsalına 2025-ci ildə başlayacağını bildirmişdi.
Follow @7timesaz