Yaponiyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Yaponiyanın cənub-qərbində güclü leysan yağışları ötən həftənin sonundan davam edir. Oita, Saqa və Fukuoka prefekturalarının bəzi ərazilərində yağıntının miqdarı 55-92 mm/saat təşkil edib. Bu, çaylarda daşqınlara və sürüşmələrə səbəb olub.
Follow @7timesaz