Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko teleqramda yazıb.
Onun sözlərinə görə, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib.
Andryuşşenkonun sözlərinə görə, həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı.
Follow @7timesaz