“Qalatasaray” Mauro İkardinin transferi ilə bağlı futbolçu və PSJ rəhbərliyi ilə razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılar” argentinalı hücumçu üçün 10 milyon avro ödəniş edəcək. Futbolçunun agenti və həyat yoldaşı Vanda Nara İkardinin müqavilə üçün İstanbula gedəcəyini açıqlayıb.
“Mən işimi sevirəm, etməyə davam edirəm. Maurito da işini sevir. O da davam edəcək. Bir neçə günə İstanbula gedəcək. Orda bir evimiz də var”, – deyə Vanda instaqram hesabının hekayə bölməsində qeyd edib.
Qeyd edək ki, Mauro İkardi 2022-23 mövsümündə “Cim-Bom”un şərəfini qorumuşdu.
Follow @7timesaz