“Çelsi”nin hücumçusu David Datro Fofana qarşıdakı bir mövsümdə karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, “Union Berlin” rəsmi saytı vasitəsilə gənc forvardı bir illik icarəyə götürdüyünü açıqlayıb.
Fofananın icarəsi üzrə sövdələşməyə alış opsionu daxil olmayacaq.
“Transfermarkt” hücumçunun dəyərini 10 milyon avro qiymətləndirir.
Xatırladaq ki, Fil Dişi Sahilindən olan hücumçu ötən qış “Molde”dən “Çelsi”yə keçmişdi. 20 yaşlı futbolçu London klubunda 4 oyun keçirməyi bacarsa da, həmin matçlarda qol vura bilməyib.
Ötən mövsüm “Union Berlin” Bundesliqada dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Follow @7timesaz