Dünya

“Rusiya ilə bazarlıq etmək üçün fürsət yeri saxlayırlar” – Zelenskidən NATO-ya sərt ittiham

“Rusiya ilə bazarlıq etmək üçün fürsət yeri saxlayırlar” – Zelenskidən NATO-ya sərt ittihambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın NATO-ya üzv olmağa dəvət edilməməsi “absurd” olacaq”.

7Times.az  bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, bu barədə sosial media hesabında paylaşım edib:

“Biz müttəfiqlərimizi, ortaq təhlükəsizliyimizi, həmişə açıq söhbəti yüksək qiymətləndiririk. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq, çünki söhbət hörmətdən gedir. Ancaq Ukrayna da hörmətə layiqdir. Lakin Ukraynasız müəyyən müzakirələrin aparıldığına dair siqnallar almışıq. Bu müzakirə Ukraynanın NATO-ya üzvlüyü yox, buna dəvətlə bağlıdır. Həm dəvətin, həm də Ukraynanın üzvlük üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş və absurd hadisə olar. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün “şərtlər” haqqında qeyri-müəyyən ifadələr də müzakirə mövzusudur”.Zelenskinin iddiasına görə, Qərb ölkələri Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırdır: “Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət yeri qalıb. Moskva üçün isə bu, terrorunu davam etdirmək yolunda motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”.