Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov arasında qalmaqal yaşanıb.
Yenisabah.az xəbər verir ki, Rəqsanənin əri Sərxan Kərəmoğluya yazaraq onu küçə söyüşləri ilə təhqir edib.
Aktyor F.Əmirsalanovun təhqir dolu səsli mesajlarını sosial şəbəkə hesabında yayımlayıb.
O, müğənninin həyat yoldaşını məhkəməyə verdiyini qeyd edib:
“Rəqsanə ilə heç bir problemim yoxdur. Ədavətim onun həyat yoldaşı Fazillədir. Fazil, sən məni təhqir və təhdid etmisən. Ot olub yerdən çıxmışam? Siz nə danışırsınız? Qorxdum…
Fazil, səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver. Votsapla söyüb, telefonu bağlama. Söyüş söymək acizlikdir, savadsızlıq, avamlıqdır və qorxaqlıqdır”.
Xatırladaq ki, Sərxan Kərəmoğlu “MTV maqazin”ə Rəqsanənin qızı haqda “Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi” – deyə bildirmişdi. Tərəflər arasında mübahisə bu açıqlamaya görə yaranıb.
Bildirək ki, Sərxanın paylaşdığı səs yazısı başdan ayağa söyüşlə doludur…
Follow @7timesaz