Şotlandiya sakini Şauna Higgins saçını uzadıb və prosedurun dəhşətli nəticələrindən danışıb.
7Times.az xarici nəşrə istinadən xəbər verir ki, nəşrin 24 yaşlı həmsöhbəti dərman müalicəsi nəticəsində saçlarının tökülməsindən əziyyət çəkdiyini və yalançı qıvrımlar vasitəsilə özünə hörmətini artırmaq qərarına gəldiyini bildirib. Belə ki, o, gözəllik salonuna müraciət edib və oradan sözügedən xidmətə görə 1300 funt sterlinq (152,7 min rubl) nağd pul tələb ediblər.
Qızın dediyinə görə, prosedurdan sonra təbii olanlarla bərabər uzanan saç telləri də qopmağa başlayıb. Bundan əlavə, növbəti bir neçə həftə ərzində Higgins’in baş dərisi qanaxmaya başlayan blister və yaralarla örtülüb.
Follow @7timesaz