Şimali Koreyanın BMT-dəki nümayəndəsi Kim Sonq ABŞ-ı Cənub-Şərqi Asiyanı nüvə müharibəsinə sürükləməkdə ittiham edib.
7Times.az xəbər verir ki, Pxenyanın ballistik raket sınağından sonra toplanan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış ediən Kim Sonq ABŞ-ın Cənubi Koreyaya dünyanın ən böyük nüvə enerjili sualtı qayığını yerləşdirməsini tənqid edib.
Şimali Koreyanın raket sınağını müdafiə edən Kim, bu sınaqların Pxenyanın özünümüdafiə hüququ olduğunu bildirib.
Sınağın qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini qeyd edən Kim, raketin Yaponiya sərhədindən kənara düşdüyünü xatırladıb.
Follow @7timesaz