Türkiyə millisinin ulduzlarından olan Merih Demiral “Atalanta”dan ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, İtaliya komandasının çalışdırıcısı Can Pyero Qasperini 25 yaşlı futbolçunu yeni mövsümün hazırlıqlarına aparmayıb.
25 yaşlı müdafiəçinin tezliklə “Atalanta”dan ayrılacağı gözlənilir.
Artıq Merihin yeni klubu da məlumdur. İtalyan insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, İtaliya nəhəngi “İnter” Merih Dəmiralı heyətinə qatmaq istəyir. Hazırda “İnter” və “Atalanta” arasında danışıqları davam edir.
Geridə qalan mövsümdə Merih Demiral “Atalanta”nın heyətində 28 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Follow @7timesaz