“Bütün qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik”.
7Times.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransında deyib.
“Başda Milli Kəşfiyyat İdarəsi də daxil olmaqla bütün qurumlarımızın cəfakar fəaliyyəti ilə onların yerləşdiyi ölkələrin çoxunda da fəaliyyətlərini sonlandırdıq.
Xarici kəşfiyyat xidmətlərinə işləyən bu xəyanət şəbəkəsi artıq sərbəst bir şəkildə məkrli gündəmə sahib deyil. Bir çox ölkədə FETÖ-nün sözdə təhsil qurumlarının, QHT və ya başqa adlar altında fəaliyyət göstərən qurumlarının fəaliyyətinin dayandırılmasına nail olmuşuq. Elan edirəm ki, bu gündən sonra da dünyanı FETÖ-ya dar etməyə davam edəcəyik”.
Follow @7timesaz