İdman

“Neftçi”yə uyğunlaşmaqda problemim olmayacaq” – Mutu

“Neftçi”yə uyğunlaşmaqda problemim olmayacaq” – Mutubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin baş məşqçisi Adrian Mutu “ağ-qaralar”ın rəsmi televiziyasına müsahibə verib.

Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis Bakı klubuna təyinatından danışıb:

“Neftçi” ilə danışıqlar bir neçə həftə əvvəl başladı. Uzun gedən danışıqlardan sonra gəlməyə qərar verdim. Zəng gəldikdən sonra komanda haqqında daha dərindən araşdırmalara başladım və “Neftçi”nin klub olaraq nə anlam verdiyimi öyrəndim. Klubu çox bəyənirəm, bilirəm ki, ölkənin ən çılğın azarkeş qrupunda malik böyük komandadır. Hər şeydən çox cəlb edən isə təklif olunan layihə oldu”.

Rumıniyalı çalışdırıcı ondan əvvəl “Neftçi”yə rəhbərlik edən Laurentsiu Regekampfla da danışdığını söyləyib: “Onun uzun müddətdir ki, dostuq. Eyni zamanda milli komandanın şərəfini qorumuşuq. Regekampfdan klub haqqında ümumi məlumatları soruşdum və olduqca yaxşı informasiyalar əldə etdim. Amma “Neftçi” haqqında ətraflı danışmadıq, klubu şəxsən özüm araşdırmaq və tanımaq istədim. Çalışacağam ki, məndən əvvəl baş verənlər unudulsun, çünki yeni layihəyə başlayırıq. Burada olduğum üçün çox xoşbəxtəm, uğur qazanmaq üçün də olduqca istəkliyəm. Əminliklə deyə bilərəm ki, nailiyyətlər əldə etmək üçün 200 faiz işləməyə belə hazıram. Bu, mənim üçün böyük çağırışdır. Buna çox ciddi yanaşıram. Ümid edirəm ki, olduqca vacib uğurlar əldə edəcəyəm. Hər şeyin başlanğıcında olduğumuzdan xəbərdaram. Amma üzərimizdə çox işləməli və inkişaf etməliyik”.

44 yaşlı mütəxəssis komandanın durumuna toxunub: “Üzərimizdə işləməli olduğumuz çox şey var.  Bu, olduqca vacibdir. Bizim böyük istəyimiz var. Hansı mövqeyə oyunçuların tələb olunduğu ilə bağlı danışmaq tezdir. Zamana ehtiyacım var, düzgün dəyərləndirməliyəm. Yeni oyunçular lazımdır. Çünki qarşıda Konfrans Liqası da daxil olmaqla bir neçə yarış var. Sağlam rəqabət aparmaq üçün geniş heyətimiz olmalıdır. Bu çağırışa yüz faiz yazıram. Baxmayaraq ki, 7 il məşqçilik, 20 ildən də çox futbolçu karyeram var. Futbol oynamağa başlayanda evimi tərk edəndən sonra bir çox ölkə və mədəniyyətlə tanış olmuşam. Bu baxımdan özümü bəxtəvər hesab edirəm. “Neftçi”yə uyğunlaşmaqda problemim olmayacaq. Ona görə bayaq da qeyd etdim ki, bura istirahət etməyə gəlməmişəm, qələbələr üçün buradayam. “Neftçi” layiq olduğu yerə qaldırmağa hazıram”.

Mutu Konfrans Liqasında “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq “Neftçi”nin potensial rəqibləri ilə bağlı fikirlərini bölüşüb: “Jelezniçar”la – “Dinamo”nun ilk görüşü haqda çox danışa bilmərəm. Komandaların cavab oyununu canlı izləyəcəyik. Yalnız bundan sonra fikir bildirə bilərəm. Çox vaxtım yoxdur, amma bu, bəhanə deyil. Burada olduğum müddətdə əlimdən gələni edəcəm ki, komanda hazır vəziyyətdə olsun. Bir sözlə, mövcud heyətdən maksiumum yararlanmağa çalışacam”.

Rumıniyalı məşqçi sonda təzyiqdən qorxmadığını və döyüşkən komanda yaratmaq istədiyini qeyd edib: “Azarkeşlərlə dediyim əlaqə nəticələrlə gələcək. “Neftçi” Azərbaycanın ən böyük klubudur. Qərarımı verəndə hansı təzyiqlərlə üzləşəcəyimdən xəbərim var idi. Qorxmuram, təzyiq məni işimə daha çox kökləyir. Ümid edirəm ki, futbolçular da belədir. Təzyiqdən qaçmaq lazım deyil. Bütün böyük klublarla belə hallar olur. Bunu üçün meydanda bütün gücünü qoymalısan. Hesab və nəticələrdən asılı olmayaraq, əzmkarlıqla döyüşərək, meydanlardan alnı açıq çıxmaq üçün hər şeyi etməliyik”.