İranda rejim əleyhinə etiraz edən gənclər general-mayor Qasım Süleymaninin büstünü yandırıb.
Bu barədə Təbriz Turan TV Teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, Qasım Süleymani 1998-2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub.
2020-ci il yanvarın 3-də ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində öldürülüb.