Cənubi Koreyada güclü yağışlar torpaq sürüşməsinə və daşqınlara səbəb olub. Nəticədə 22 nəfər ölüb, 14 nəfər itkin düşüb, minlərlə insan təxliyə edilib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Şimali Çhunçhonq əyalətində su bəndi bağladığı üçün ölkə üzrə 4763 nəfər təxliyə edilib.
Qeyd olunur ki, təxliyə olunanların sayı artacaq, çünki Koreya yarımadası üzrə yerli meteorologiya idarəsinin proqnozlarına əsasən, iyulun 16-da güclü yağış gözlənilir.
“Korea Railroad Corp” qatarların hərəkətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Follow @7timesaz