İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
7Times.az Avropa KİV-ə istinadən xəbər verir ki, İspaniyanın cənubunda, İtaliyanın cənub-şərqində və ola bilsin ki, Yunanıstanda temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir.İtaliya hökuməti “qırmızı” xəbərdarlıq siqnalının verildiyi ərazilərdəki hər kəsə səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa günəş işığından uzaq durmağı, yaşlılara və ya həssas insanlara xüsusi qayğı göstərməyi tövsiyə edib.
Follow @7timesaz