Dünya

“Rusiyanın cəbhədə kəskin problemi yaranıb” – Britaniya kəşfiyyatı faktları açıqladı

“Rusiyanın cəbhədə kəskin problemi yaranıb” – Britaniya kəşfiyyatı faktları açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusu artilleriya kəşfiyyat vasitələrinin kəskin çatışmazlığından əziyyət çəkir”.

7Times.az  xəbər verir ki, bunu Britaniya kəşfiyyatı son hesabatında bildirib.

Hesabatda qeyd olunur ki, Rusiya ordusu artilleriya kəşfiyyat mübarizəsində əhəmiyyətli rol oynayan xüsusi radar qurğularıyla bağlı problemi həll edə bilmir. Əsasən “Zoopark” tipli bu silahların böyük əksəriyyətini müharibənin gedişində itirən Rusiya tərəfi Ukrayna artilleriyasının mövqelərini müəyyənləşdirməkdə çətinlik çəkir: “Rusiya quru qoşunlarının mövcudluğu Ukrayna artilleriyasının mövqelərini müəyyən və məhv etmək effektivliyindən asılıdır. Burada isə açar rolunu artilleriyanın yerini müəyyən edən radarlar oynayır”.

Britaniya kəşfiyyatı qeyd edir ki, bunun üçün lazım olan “Zoopark-1M” kimi silahların defisti yaşanır və bu da rus ordusunun artilleriya mübarizəsində Ukrayna tərəfinə uduzmasına və böyük canlı qüvvə itkisi verməsinə gətirib çıxarır. Rusiya 58-ci ordusunun komandanı, general İvan Popovun bəyanatını xatırladan mütəxssislər qeyd edirlər ki, general ən çox artilleriya kəşfiyyatından şikayətlənirdi.

Qeyd edək ki, Ukrayna tərəfi gündə ortalama 20-40 ədəd Rusiya artilleriya qurğusunu məhv etdiyini bildirir. Mütəxssislər isə qeyd edirlər ki, Ukraynanın Rusiya artilleriyasını tükəndirmək taktikası effekt verməyə başlayıb və hazırda tərəflər arasında artilleriya sarıdan paritet yaranıb. Yaxın zamanda isə Ukraynanın artilleriya savaşında artıq Rusiyanı üstələyəcəyi qeyd olunur.