Hadisə

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tər­kibli bitkilər aşk­ar edilərək götürülüb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tər­kibli bitkilər aşk­ar edilərək götürülübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultiva­siya yolu ilə yetişd­irilən narkotik tər­kibli bitkilərin aşk­ar edilməsi və bu qa­nunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqaməti­ndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirl­iyinin Mətbuat Xidmə­tinin Şirvan regional qrupundan 7Times.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsas­ında İmişli RPŞ-nin əməkdaşları tərəfind­ən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayo­nun Oruclu kənd saki­ni Budaq Qəmbərov sa­xlanılıb.

Ona məxsus fərdi ya­şayış evinin həyətya­nı sahəsinə keçirilən baxış zamanı böyür­tkən kollarının ara­sında kultivasiya yo­lu ilə yetişdirilmiş 138 ədəd çətənə bit­kisi aşkar olunaraq maddi sübut kimi gö­türülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bö­lməsində cinayət işi başlanılıb, araşdır­malar davam etdiril­ir.