Dünya

Uzaqdan işin populyar olduğu ölkələr

Uzaqdan işin populyar olduğu ölkələrbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya vətəndaşları həftənin orta hesabla bir yarım gününü evdən işləyərək keçirirlər ki, bu da istənilən Avropa ölkəsi arasında ən yüksək göstəricidir.

Bloomberg Makro İqtisadiyyat və Tədqiqatlar Mərkəzində (IFO) analitiklərin apardığı sorğunun nəticələrinə istinadən xəbər verir ki, qlobal miqyasda britaniyalılar yalnız uzaqdan işləmə tezliyinin həftədə 1,7 gün olduğu Kanada vətəndaşlarından üstündür.

Sorğuda 34 ölkədən şirkətlərin 42 min tam ştatlı işçisi iştirak edib. Uzaqdan işləmə tezliyinə görə Avropa ölkələri arasında ikinci yerdə insanların həftədə orta hesabla bir gününü evdən işlədiyi Almaniya tutur. İtaliya ilk üçlüyü (həftədə 0,7 gün), Fransa dördüncü sırada (0,6 gün) qapayıb.