Dünya

İngiltərədə dörd telefon köşkü tarixi abidə elan edildi

İngiltərədə dörd telefon köşkü tarixi abidə elan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London metro stansiyalarında yerləşən dörd ədəd K8 telefon köşkü İngiltərədəki Tarixi Abidələrin Reyestrinə daxil edilib.

Məlumata görə, Rəqəmsal Texnologiyalar, Mədəniyyət, Media və İdman Nazirliyi bu göy rəngli telefon köşklərini xüsusi maraq doğuran və mühafizəyə ehtiyacı olan obyektlər siyahısına salıb.

İngiltərənin Tarixi Binalar və Abidələr Komissiyasının nümayəndəsi Tom Foksalın sözlərinə görə, “XX əsr Böyük Britaniyanın texnoloji və mədəni xüsusiyyətlərini əks etdirən belə nümunələr çox azdır və qorunmalıdır”.

Qeyd edək ki, K8 telefon köşkləri 1960-cı illərin ortalarında memar Bryus Martin tərəfindən əvvəlkilərdən daha asan təmir və xidmət etmək məqsədilə hazırlanıb. 1968-ci ildən 1983-cü ilə qədər Böyük Britaniyada 11 000-ə yaxın belə köşk quraşdırılıb. 1984-cü ildə 50-yə yaxını istisna olmaqla, hamısı sökülərək dəyişdirilib./Oxu.az