Portuqaliyanın “Amore” klubundan ayrılan futbolçu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.
Məlumata görə, Premyer Liqa təmsilçilərindən biri 23 yaşlı müdafiəçi ilə maraqlanır. Ancaq komandanın adı açıqlanmayıb. Qvineya-Bisaudan olan oyunçuya Kipr və Portuqaliyadan da təkliflər var.
Ötən ilin yayında “Amore”yə keçən Balde daha əvvəl “Benfika”nın U-19 və əvəzedicilərdən ibarət komandasında da çıxış edib.
Follow @7timesaz