Maqazin

Açıq-saçıq geyinən aktrisadan qəribə açıqlama – Qadın bədənini çöldə qoymamalıdır -FOTO

Açıq-saçıq geyinən aktrisadan qəribə açıqlama – Qadın bədənini çöldə qoymamalıdır -FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Kişi neyləyir, əcəb edir, əsas odur qadın namusunu qorusun”.

Bunu yenicag.az-a açıqlamasında aktrisa Arzu Abdulova son vaxtlar çimərliklərdə istirahət edərkən fotolarını çəkib sosial şəbəkələrdə paylaşan kişiləri tənqid edənlərə cavab olaraq deyib.

Aktrisa əks cinsin dəniz, yaxud da hovuzda çəkilən fotolarını paylaşmasına normal baxdığını və burada qəbahət görmədiyini bildirib:

“Kişi bədənini göstərəndə ayıb deyil, əsas odur qadın özünü ortalığa qoymasın. Bəzi səviyyəsizlər “TikTok”da gic-gic hərəkətlər edir, sonra lütlənib girirlər dənizə. Kül onların təpəsinə. Elə qızı evdən çıxaran atanın da boyunu yerə soxum, ananın da.

Kişi neyləsə də, kişidir. Bədənini göstərir, əcəb edir. Buna normal baxıram. Normal baxıram deyəndə səviyyəsizcəsinə soyunub suyun içinə çılpaq girənləri demirəm. Əynində çimərlik geyimi olan kişiyə kim nə deyə bilər ki? Onlar niyə tənqid olunmalıdır? Hansı zəmanədə yaşayırıq, camaat kosmosa uçur, bunlar da kişinin dənizdən, ya hovuzdan paylaşdıqları fotoları tənqid edir? Niyə?”.