İdman

UEFA-dan İspaniya nəhənginə yarım milyonluq cəza – Klub razılaşmır

UEFA-dan İspaniya nəhənginə yarım milyonluq cəza – Klub razılaşmırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Barselona” klubunu böyük məbləğdə cərimələyib. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu Kataloniya klubunu qeyri-maddi aktivlərin satışından əldə olunan mənfəətilə bağlı (oyunçu transferləri istisna olmaqla) səhv hesabat təqdim etdiyi üçün 500 min avro cərimələnib.

Bu barədə Mundo Deportivo məlumat yayıb.

Xəbərə görə, “Barselona” UEFA-nın yarım milyonluq cəriməsinə etiraz etməyə hazırlaşır. Klub onlara tətbiq edilən cəzanın pozuntunun xarakterinə uyğun gəlmədiyinə əmindir və qeyd olunub ki, La Liqa bu cür əməliyyatlara fərqli yanaşır.

Klub lazım gələcəyi halda, İdman Arbitraj Məhkəməsi (CAS) qarşısında iddia qaldırmağa hazırdır.