İyulun 21-dən 22-nə keçən gecə ABŞ-də “İnter Mayami” və “Kruz Asulem” arasında Liqa Kuboku matçı baş tutub.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz Lionel Messi məhz bu matçda debütünü rəsmiləşdirib.
Matç onun üçün uğurlu alınıb. 54-cü dəqiqədə əvəzetmədən meydana çıxan meydançaya girəndən dərhal sonra kapitan sarğısını alan Leo komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub. Belə ki, o, final fitindən əvvəl cərimə zərbəsindən qələbə qolunu vurub.
Messinin qələbə qolunun videosunu təqdim edirik:
Əlavə edirik ki, Serxio Busqets də Messi ilə birgə “İnter Mayami”də debüt matçına çıxıb.
“İnter Mayami” növbəti oyunda “Atlanta Yunayted”lə qarşılaşacaq. Oyun iyulun 26-da keçiriləcək.
Follow @7timesaz