Xalq artisti Naibə Allahverdiyevanın adından dələduzluq edilib.
7Times.az lent.az-a istinadən bildirir ki, aktrisanın “Instagram” və “Facebook” səhifələri oğurlanıb. Onun adından istifadə edən dələduzlar 500 manatlıq hədiyyə kartı vermək adıyla telefon nömrəsi tələb edirlər. Sonra nömrə vasitəsilə vətəndaşın bank hesablarını oğurlayırlar.
Naibə xanım artıq Daxili İşlər Nazirliyinə faktla bağlı məlumat verib.
Follow @7timesaz