Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirib.
7Times.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Superliqa təmsilçisi “Sivasspor”la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Görüş “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda oynanılıb.
Qeyd edək ki, Azərbaycan klublarından “Səbail” də bir neçə gün əvvəl “Sivasspor”la qarşılaşıb və 1:1 bərabərə qalıb.
Follow @7timesaz