Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən haker saxlanılıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, haker beynəlxalq hüquqi yardım sorğusu çərçivəsində ifşa edilib.
“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, – deyə polis əlavə edib.
Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir.
Follow @7timesaz