”Vaqner” döyüşçülərini psixoloji cəhətdən Polşaya qarşı hücuma hazırlayırlar”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı hüquq müdafiəçisi, “Gulaqu.net” layihəsinin müəllifi Vladimir Oseçkin bildirib.
Rusiya hakimiyyətindəki özəl mənbələri ilə tanınan Oseçkin deyib ki, ona ötən gün səhər “Vaqner”-in Rusiyada yenidən məhbuslar və muzdlular yığmağa başladığına dair məlumat daxil olub: “Mənbə xəbər verdilər ki, Rusiyada məhbusların və muzdluların “Vaqner”-ə cəlb olunmasının yeni dalğası başlayıb. Onlara deyirlər ki, onları qarşıda Polşaya müdaxilə etmək və ölkənin dərinliklərinə qədər getməklə bağlı yeni xüsusi əməliyyat gözləyir”.
Oseçkin deyib ki, bu məlumatlara ciddi yanaşmaq lazımdır. Çünki bunun ardınca Putin Təhlükəsizlik Şurasının toplantısında Polşaya qarşı ərazi iddiaları ilə çıxış edib. Hüquq müdafiəçisi bildirib ki, Putinin Polşaya qarşı iddiaları ilə “Vaqner”-lə bağlı xəbərlərin üst-üstə düşməsi təsadüfi deyil. Oseçkin bildirib ki, münaqişənin böyüməsi perspektivi realdır və bütün bunlar dünyanın Ukraynanı, Polşanı və Pribaltika ölkələrini daha aktiv şəkildə müdafiə etməsini sürətləndirməlidir.
Follow @7timesaz